Kateqoriyasız

Korovanirusa görə Azərbaycan basketbol liqası da dayandırıldı

Basketbol üzrə Azərbaycan çempionatının oyunları təxirə salınıb.

Bu barədə Azərbaycan Basketbol Federasiyasının saytında məlumat yayılıb.

Məlumata görə, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı (Koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.

Federasiyasının qərarına əsasən, kişilər arasında Superliqanın bu gün və martın 5-də keçirilməli olan XXI turunun matçları təxirə salınıb. Qarşılaşmaların təşkili vaxtı hələ dəqiqləşməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Harda görülüb ki, üç qırmızı vərəqədən sonra qapıçı vaxtı aparmasın?” – Ramin Quliyev

admin

“Neftçi” və “Qəbələ”ni III mərhələdə gözləyən komandalar

admin