Millətlər Liqasının 6-cı turunda keçiriləcək Kosovo – Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.
Matçın baş hakimi fransalı Benua Millot olacaq. Ona Mehdi Rahmouni və Bertran Juanno kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi Bencamin Paje, əlavə köməkçilər isə Frank Şneyderlə Karim Abed olacaq.
Qeyd edək ki, noyabrın 20-də Priştina şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.