Madrid "Atletiko"su əsas qol silahı olan Dieqo Kostanı satmağa razıdır.
İspaniya mətbuatının yaydığı xəbərə görə, klub futbolçuya qiymət qoyub. Kostanı almaq istəyən komanda 38 milyon avrosundan keçməlidir. Hal-hazırda "Borussiya" (Dortmund), "Arsenal" və "Çelsi" kimi klublar onun xidmətində maraqlıdır.
Digər məlumata görə, "Atletiko" Kostanı satacağı təqdirdə, "Aston Villa"dan Kristian Bentekeni alacaq.