UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək “Krasnodar” – “Qəbələ” matçını idarə edəcək hakimlər bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, Rusiyada keçiriləcək oyun polşalı hakimlər bnriqadasına həvalə olunub.
Matçın baş hakimi olacaq Marçin Borskiyə həmyerliləri Rafal Rostkovski və Marçin Boniek köməklik edəcək. Dördüncü rhakim isə Krjiştof Mirmus yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək “Krasnodar” – “Qəbələ” oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.