Dünya futbolu

Kriştiano Ronaldo 14,8 milyon avro cərimə ödəyəcək

“Real” klubunun futbolçusu Kriştianu Ronaldu İspaniya vergi orqanlarına 14,8 milyon avro ödəməyə qərar verib.

İdmanxeber.com-un məlumatına görə, portuqaliyalı hücumçu həbs olunmamaq üçün belə bir addım atıb.

Bir müddət əvvəl İspaniya prokurorluğu K.Ronalduya qarşı 2010-cu ildə yaratdığı ictimai təşkilat vasitəsilə 2011-2014-cü illərdə 14,8 milyon vergini gizlətməsinə dair ittiham irəli sürüb.

Bununla yanaşı, futbolçuya borclarını ödəmək və məhkəmə qərarını yumşaltmaq üçün 60 gün vaxt verilib. Əks halda onu həbs təhlükəsi gözləyir.

Qeyd edək ki, K.Ronaldunun dələduzluqla bağlı iyulun 31-də İspaniya məhkəməsində ifadə verəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43