17 Noyabr 2024
Ölkə futbolu

“Kristiano Ronaldo mənim kumirimdir” – “Zirə”nin legioneri

“Zirə”nin portuqaliyalı futbolçusu Toni Qomes həmyerlisi Kristiano Ronaldonun dünyanın ən yaxşı “11-liy”inə daxil edilməməsinə münasibət bildirib.

O, İdmanxeber.az saytına müsahibəsi zamanı bunun bir neçə səbəblərinin olduğunu bildirib:

“Kristiano Ronaldo məmin kumirimdir. O, futbolu anlayan, izləyən hər kəsin dərin rəğbətini qazanıb. Son illərdə onun karyerasında baş verənləri hər kəs bilir. “Mançester Yunayted”də ehtiyatda qalması və Səudiyyə Ərəbistanına getməsi ən yaxşı heyətə seçilməməsinə səbəb oldu”.

Xatırladaq ki, “The best” mükafatlandırma mərasimində Ronaldo uzun müddət sonra ilk dəfə dünyanın ən yaxşı heyətinə daxil edilməyib.

Toni Qomesin müsahibəsini gün ərzində saytımızdan oxuya bilərsiniz.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43