Ötən gecə keçirilən Çempionlar Liqası 1/8 final mərhələsinin “Leypziq” – “Real” oyununda Benyamin Şeşkonun 2-ci dəqiqədəki sayılmayan qolu mübahisələrə səbəb olub.
İdmanxeber.az-ın məlumatına görə, “kral klubu”nun yarımmüdafiəçisi Toni Kroos epizodun qol olduğunu düşünür:
”Dünən gecə Şeşkonun ləğv edilən qolu verilməliydi. Qolun sayılmamağı üçün heç bir səbəb görmürəm”.
Xatırladaq ki, görüş “Real”ın minimal hesablı qələbəsiylə bitib – 0:1.