20 Sentyabr 2024
Ölkə futbolu

Krunoslav Renduliç: “Bəzi oyunçularımız 100 faiz hazır deyil”

“Futbolçularımı təbrik edirəm. Çox yaxşı, keyfiyyətli futbol sərgilədilər. Əfsuslar olsun ki, bir səhvə görə qol buraxdıq. Ondan 10-15 dəqiqə sonra o qədər də yaxşı deyildik. Bu da normaldır. Çünki səhvlərdən sonra özünəinamı itirirsən. Qol epizodlarımız var idi, bəzilərini reallaşdıra bilmədik. İkinci hissədə təzyiqi artırdıq. Bəzi hissələrdə daha yaxşı oynaya bilərdik. Qələbəyə layiq idik. Çünki “Sumqayıt” qapıya cəmi 1-2 zərbə endirdi”.

İdmanxeber.az-ın məlumatına görə, “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç “Sumqayıt” qələbəsi (3:1) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Əminliklə deyə bilərəm ki, daha çoxunu etməyi bacararıq. Amma bunun üçün addım-addım irəliləmək lazımdır. Bəzi oyunçularımız 100 faiz hazır deyil. Komandada futbolçular var ki, daha çox iş görə bilərlər”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43