08 Sentyabr 2024
Ölkə futbolu

“Kubok oyunu göstərdi ki, bu komandaya qarşı oynamaq olar” – Qafitullin

Azərbaycan Premyer Liqasının XXII turunun “Qarabağ” – “Sabah” oyunundan (3:3) sonra qonaq komandanın məşqçisi Ruslan Qafitullin jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.az məlumat verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Çox maraqlı oyun keçdi. “Qarabağ” dominant idi, biz də çalışırdıq ki, ikinci zonada oynayacaq. Bu rəqibə qarşı tam məsuliyyətli olmaq lazımdır.

– Murad Musayevin gedişindən sonra komanda yaxşı nəticələr əldə edir. Nəyi dəyişdiniz?
– Ponomaryov daha çox psixoloji tərəfə yönəldi və uşaqlara istirahət verdi. Murad Musayev çox tələbkar idi, bəlkə də, bu, komandaya təsir edirdi. Ponomaryov uşaqlara istirahət verdi. Kubok oyunu göstərdi ki, bu komandaya qarşı oynamaq olar.

– Ponomaryov baş məşqçi kimi işində qala bilər?
– Bu, rəhbərliyin məsələsidir.

– Yusif İmanovun son dəqiqədə buraxdığı qolu şərh edərdiniz…
– Məncə, öz emosiyaları ilə bacarmadı. Yusif yaxşı qapıçıdır, gözəl seyvləri oldu. Amma özü ilə bacarmadı, futbolda belə hallar olur.

– Zədəlilərin son durumu nə yerdədir?
– Sabah bilinəcək.

– Davit Volkov komandadan ayrılacaq?
– Bu gün hərarəti var idi və ona görə oynamadı.

– Bu gün komanda Yusif İmanova görə qələbədən məhrum oldu, ya ona görə xal qazandı?
– Oyunda bizim də bəxtimizin gətirdiyi anlar oldu. Düşünürəm ki, nəticə ədalətli oldu.

– Penaltini Belfodilə vermək onu həvəsləndirmək üçündür?
– Belfodili məşqlərdə görürük, çox soyuqqanlı olur. Qərar oldu ki, bundan sonra penaltini o yerinə yetirsin.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43