31 Yanvar 2025
Ölkə futbolu

“Kuboku qazanmaq üçün hər şey edəcəyik” – Vasili Berezutski

“Sabah” Misli Premyer Liqasının 21-ci turunda səfərdə “Kəpəz”ə 2:3 hesabı ilə məğlub olub.

İdmanxeber.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdanm sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Bu cür səhvlər edəcəyiksə, əlbəttə ki, qalib gəlmək çox çətin olacaq. Belə halları şərh etmək çətindir. Rəqib heç bir hücum etmədən 3 qo vurur. Çox üzücüdür. Amma bu, futboldur.

– Rəqib pressinq tətbiq etməklə “Sabah”ı səhvlərə məcbur edirdi. Düşünmürsüz ki, həmin istək sizin komandada yox idi?

– Biz istəkdə rəqibə uduzmadıq. Azlıqda qaldanda belə təzyiq edirdik, qol vəziyyətləri yaradırdıq.

– Qış fasiləsindən sonra 3 oyunda 2 xal toplamısız. Qarşıda daha çətin rəqiblərlə matçlar var. Bu gedişlə “Sabah” hansı komandaları üstələyə biləcək?

– Razıyam ki, özümüzə çətinliklər yaratdıq. Əlimizdən gələni edəcəyik ki, qarşıdakı matçlarda hər rəqibə qalib gələk.

– Yeni qapıçı Stas Pokatilov növbəti matçda meydanda olmağa hazırdır?

– O, yaxşı hazırlaşır. Amma biz bu barədə qapıçılar üzrə məşqçilərlə danışacağıq. Kim daha hazırdırsa, ona şans verəcəyik.

– “Sabah”ın bu qədər xal itkilərinin əsas səbəbi nədir?

– “Neftçi” ilə oyun heç-heçəlik idi. “Sumqayıt”la görüşdə çoxlu qol fürsətlərini dəyərləndirə bilmədik. Bu gün isə edə biləcəyimiz bütün səhvləri etdik və qapımızda 3 qol gördük.

– Çempionatdakı xal itkilərindən sonra avrokuboklara vəsiqə üçün əsas diqqəti kuboka yönəldəcəksiz?

– Bəli. Kubok bizim üçün prioritetdir. Kuboku qazanmaq üçün hər şey edəcəyik. Amma çempionat oyunlarını da unutmayacağıq. (sportal.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43