05 Avqust 2021
Kateqoriyasız

Kubokun püşkatma vaxtı açıqlandı

Azərbaycan kubokunda 2020/2021 mövsümünün iştirakçı komandaları müəyyənləşib.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” mübarizə aparacaq.

Püşkatma mərasimi noyabrın 24-də AFFA-nın inzibati binasında keçiriləcək.

Saat 13:00-da başlayacaq tədbir Azərbaycanda koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Ramil Şeydayev “Dinamo”dan ayrıldı – Rəsmi

admin

TV AFİŞA: Hansı oyun, hanı kanalda?

admin

“Milan”da 5 illik müqavilə

admin