06 Oktyabr 2024
Ölkə futbolu

Kurban Berdiyev: “Ağır oyun olacağını bilirdik”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev “Zirə” ilə oyunu sonrası mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis görüş barədə bunları deyib:

“Zirə”nin Azərbaycanın ən aparıcı komandalarından biri olması, ölkəni avrokuboklarda təmsil etməsi heç kimə sirr deyil. Ağır oyun olacağını bilirdik. Futbolçulara birinci hissədə rəqib ərazi üstünlüyünə sahib olduğu və qol imkanları yaratdığı vaxtlarda toparlanıb rəqibə imkan vermədiklərinə görə təşəkkür edirəm. İkinci hissədə planlaşdırılmış dəyişikliklərlə oyunda tarazlıq yarada bildik, bəzi epizodlarda üstün də oynadıq. Qələbəyə görə uşaqlara təşəkkürümü bildirirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43