08 Oktyabr 2024
Ölkə futbolu

Kurban Berdiyev Qurbanov və Santuşu qabaqladı

Dünyanın ən yaxşı 500 məşqçisinin siyahısı açıqlanlıb.

İdmanxeber.az-ın məlumatına görə, siyahıda Azərbaycanda çalışan 3 məşqçi də yer alıb. Bunlar Kurban Berdiyev, Qurban Qurbanov və millimizin çalışdırıcısı Fernandu Santuşdur.

Berdiyev ölkəmizdəki həmkarlarını qabaqlayıb. O, 1790 xalla 57-ci sırada yer alıb. 1658 xalla Qurbanov 140-cı, aktivindəki 1624 xalla Santuş 183-cü olub.

Xatırladaq ki, Kurban Berdiyevlə Fernandu Santuş bu mövsümün əvvəlindən ölkəmizdə çalışmağa başlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43