“Azarkeşlərimiz üçün yaxşı oyun keçdi, yaxşı oyun oldu. Ümumən oyundan razı qaldıq. Amma səhvlərimiz də var idi”.
İdmanxeber.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 12-ci turunun “Qarabağ”la (0:0) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:
“Təxminən plan həmişəki kimi idi. Amma təbii ki, onların ümumən ustalıqlarını, fərdi ustalıqlarını da nəzərə almışdıq. Rəqib futbolçuların fərdi keyfiyyətlərini əsas götürdük. Birəbir oynamaq xüsusiyyətlərinə diqqət edirdik. Əsas plan bundan ibarət idi”.