30 Sentyabr 2024
Ölkə futbolu

Kurban Berdiyevdən futbolçulara ciddi xəbərdarlıq

“Turan Tovuz” Misli Premyer Liqasının VIII turunda “Şamaxı” ilə heç-heçə edib (2:2). Son üç oyunda bir məğlubiyyət, iki heç-heçə edən Tovuz klubunun çıxışında eniş müşahidə olunur.

Mövcud durum baş məşqçi Kurban Berdiyevi də narahat edir. Təcrübəli mütəxəssis “Şamaxı” görüşünün ardından komandaya xeyli əsəbləşib.

O, soyunub-geyinmə otağında futbolçulara ciddi xəbərdarlıq edib. Berdiyev bəzi oyunçuların davranışlarını və matçlara yanaşmalarını bəyənmədiyini vurğulayıb. Mütəxəssis futbolçulara toparlanmalarını əks təqdirdə heyətdə yenə dəyişiklikər edəcəyini vurğulayıb.

Xatırladaq ki, “Turan Tovuz”un bir neçə əsas heyət üzvü “Şamaxı” görüşündə ehtiyatda qalıb. Berdiyev bunun səbəbinin oyunçuların məşqlərdəki hazırlıq durumuna görə olduğunu bildirib.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43