“Real”ın qapıçısı Tibo Kurtua Madrid klubu ilə yeni müqavilə imzalamaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı belçikalı futbolçu müqaviləni bir neçə il müddətə uzatmaq istəyir. Tərəflər arasında mövcud sözləşmə 2026-cı ilin yayına qədər qüvvədədir.
Bu mövsüm qapıçı La Liqada11 oyun keçirib və 7 qol buraxıb.