“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 8-ci turunun “Atletiko” ilə oyundan (1:1) sonra komandanın qapıçısı Tibo Kurtuanın zədəsini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, “Kurtuanın əzələ problemləri var. Sabah o, müayinədən keçəcək” – deyə, mütəxəssis bildirib.
Oktyabrın 2-də “Real” Çempionlar Liqasının əsas mərhələsində “Lill”lə qarşılaşacaq.