Dünən keçirilən "Əskişəhərspor" – "Beşiktaş" matçında maraqlı hadisə baş verib.
Belə ki, oyunun dördüncü hakimi Cem Satman küsərək meydanı tərk edib. Qarşılaşmanın final fiti səsləndikdən sonra "Əskişəhərspor"un futbolçuları Cem Satmana kəskin etiraz etməyə başlayıblar. Əsəblərini cilovlaya bilməyən Satman oyunun baş hakiminin yanına deyil , birbaşa soyunub-geyinmə otağına yollanıb.