“Valyadolid”in baş məşqçisi Paulo Pessolano istefaya göndərilib.
İdmanxeber.az-ın məlumatına görə, 41 yaşlı uruqvaylı mütəxəssisin rəhbərlik etdiyi komanda Madrid “Atletiko”su ilə qarşılaşıb və 0:5 hesabı ilə məğlub olub. Bu nəticənin ardından onunla yollar ayrılıb.
Pessolano 2023-cü ilin aprelindən “Valyadolid”i çalışdırır. Bu mövsüm klub La Liqa turnir cədvəlində 9 xalla sonuncu – 20-ci yerdədir.