Dünya futbolu

La Liqada I tura yekun vuruldu NƏTİCƏLƏR

İspaniya çempionatında birinci tura yekun vurulub.

Çempionatın əsas favoritlərindən olan “Real” və “Barselona” ilk turda xal itkisinə yol verməyiblər. Hər iki  klub yeni mövsümə yeni məşqçiylə start veriblər. Qerardo Martinonun rəhbərliyi altında ilk rəsmi oyununa çıxan “Barselona” “Levante”ni darmadağın edib 7:0.

Karlo Ançelottili “Real” isə bu turda evində “Betis”i qonaq edib və çətin qələbə qazanıb 2:1.

İdmanxeber.com sizi bu turun nəticələri ilə tanış edir.

İspaniya çempionatı

I tur

19 avqust

“Rayo Vallekano” – “Elçe” – 3:0
Bueno, 40, 44, 74 

“Almeriya” – “Vilyarreal” – 2:3
Rodri, 39, 74 – Pereyra, 65, 86, Dos Santos, 83 

“Selta” – “Espanyol” – 2:2
Aleks Lopes, 42, Karles, 47 – Sançes Mata, 53, Bifuma, 75

17 avqust

“Valensiya” – “Malaqa” – 1:0
Rikardu Koşta, 64

“Valyadolid” – “Atletik” – 1:2
Patrik Ebert, 31 – Markel Susaeta 29, İker Munyain, 50

18 avqust

“Real Sosyedad” – “Xetafe” – 2:0
Karlos Vela, 42, Haris Seferoviç, 70

“Barselona” – “Levante” – 7:0
Sançes, 2, Messi, 12, 42-p., Dani Alveş, 23, Pedro, 26, 73, Xavi, 45

“Real” — “Betis” – 2:1
Benzema, 26, İsko, 86 — Molina, 14

“Sevilya” – “Atletiko” – 1:3
Perotti, 37 – Dieqo Kosta, 35, 79, Kristian Rodriges, 90+2

Osasuna” – “Qranada” – 1:2
Fransisko Punyel, 58 – Yussef Əl-Ərəbi, 38, Hassan Yebda, 45+2


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43