Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda sabah “İnter”lə qarşılaşacaq “Laçi” klubu Bakıya ciddi itki ilə gəlib.
İdmanxeber.com-un məlumatına görə, “Laçi”nin futbolçusu Arqend Mustafa Azərbaycana viza ala bilmədiyi üçün İstanbul hava limanından Albaniyaya qayıtmalı olub. A.Mustafa Kosova vətəndaşı olması səbəbindən Bakıya gələ bilməyib.
Belə ki, Serbiyanın ərazi bütövlüyünü dəstəkləyən Azərbaycan Kosovanı müstəqil dövlət kimi tanımır. Bu səbəbdən Kosovamın vətəndaşı olan A.Mustafaya viza verilməyib.
Qeyd edək ki, sabah keçiriləcək “İnter” – “Laçi” oyunu saat 21:00-da başlayacaq. Bu komandalar arasında Albaniyada baş tutan ilk oyunda 1:1 hesabı qeydə alınıb.