“Barselona”nın futbolçusu Lamin Yamal “Golden Boy” mükafatını qazanıb.
İdmanxeber.az-ın məlumatına görə, oyunçu Avropa 21 yaşadək futbolçuların ən yaxşısı seçilib.
Yamal cari mövsüm “Barselona”nın heyətində 16 matça çıxaraq 6 qol vurub və 8 qolun ötürməsini edib.
Qeyd edək ki, “Golden Boy”un son qalibi “Real”ın futbolçusu Cud Bellinqem olub.