“Barselona”nın mətbuat xidməti ispaniyalı vinger Lamin Yamalın zədəsinin xarakteri ilə bağlı açıqlama yayıb.
İdmanxeber.az-ın məlumatına görə, 17 yaşlı futbolçuya sol budun arxa hissəsində əzələ gərginliyi diaqnozu qoyulub. Futbolçunun qeyri-müəyyən müddətə sıradan çıxacağı bildirilir.
Daha əvvəl İspaniya Futbol Federasiyası Yamalın əzələlərinin gərginləşməsi səbəbindən Millətlər Liqası matçında (15 oktyabr) Serbiya ilə oynamayacağını, bundan sonra futbolçunun millini tərk etdiyini açıqlamışdı.
Oktyabrın 20-də “Barselona” La Liqanın 10-cu turu çərçivəsində doğma meydanda “Sevilya” ilə qarşılaşacaq.