16 Sentyabr 2024
İdman

Lamiyə Vəliyeva növbəti medalını qazandı

Azərbaycan paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) “Paris-2024” Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, o, 400 metr məsafəyə qaçışda finiş xəttini ikinci keçərək gümüş medala sahib çıxıb.

Bununla da Azərbaycan paralimpiyaçılarının Parisdə qazandığı medalların sayı səkkizə (3 qızıl, 2 gümüş və 3 bürünc) çatıb.

Qeyd edək ki, L.Vəliyeva 100 metr məsafəyə qaçışda Paralimpiya çempionu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43