Frenk Lempard ”Çelsi”nin qadınlardan ibarət futbol komandasının baş məşqçisi ola bilər.
İdmanxeber.az-ın məlumatına görə, London klubu 12 ildir komandanı çalışdıran Emma Hayeslə mövsümün sonunda yolları ayıracaq. Hayesin ABŞ-ın qadınlardan ibarət milli komandasının sükanı arxasına keçəcəyi gözlənilir.
Lempard ötən ilin yanvarında “Everton”dan qovulduqdan sonra qısamüddətli olaraq “Çelsi” də çalışıb.