Fransanın “Lans” futbol klubunun prezidenti Jerve Martel İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib:
“Lans” futbol klubu adından doğum gününüz münasibətilə təbriklərimizi çatdırır, Sizə cansağlığı, firavanlıq və ali dövləti vəzifənizdə uğurlar arzu edirik. Bu xoş fürsətdən istifadə edərək, 2015-ci ilin iyununda idmanın və futbolun beynəlxalq səviyyədə inkişafı üçün Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təşkilatçılığında səmərəli münasibətlər çərçivəsində birgə çalışmağa davam etmək arzumuzu çatdırırıq”. (AzərTac)