UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda sabah keçiriləcək Azərbaycan – Farer adaları oyunundan öncə keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Lars Olsen jurnalistlərin suallarını cavablandırdı.
O, əvvəlcə görüş barədə fikirlərini bildirdi…
– Bakıda da Farer adaları ilə eyni hava şəraitidi. Uzun səfər olmuşdu. Həftənin ikinci günü gəlməyimizin səbəbi də uyğunlaşmaq istəyidi. Evdə rəqiblə başabaş oynamışdıq. Sabah da bu cür olmasını gözləyirəm.
– Mətbuatda sizin start “11-liy”iniz yazılmışdı. Həqiqətən də, bu heyətlə çıxış edəcəksiz, yoxsa bu, aldadıcı ola bilər?
– Heç vaxt “11-lik” elan etməmişəm. Ola bilsin ki, bu hansısa media mənsubunun ixtirasıdı.
– Futbolçu sanki konfrans zalını gərgin, əsəbi tərk etdi. Düşünmürsüz ki, verdiyimiz suallar yetirmənizin sabah qırmızı vərəqə almasına səbəb ola bilər?
– Belə deməzdim. Futbolçularım çox sakitdi. Sabah da əvvəlki görüşlər kimi davranacaqlar. Bizim evdə və ya səfərdə oynamağımızın fərqi yoxdu. Oyuna yanaşmağımız eynidi.
– Evinizdəki oyunda mətbuat konfransına gəlməmişdiniz. Sabah da məğlub olsanız, eyni addımı ata bilərsiniz?
– Xeyr, bu, baş verməyəcək. Burda olmağımı istəyirsinizsə, nəticədən asılı olmayaraq, konfransa qatılacam.
– Qrupun favoriti sizcə kimdi: Kosovo, yoxsa Azərbaycan?
– Bu məsələ ilə bağlı öz fikrimi bildirəcəm. Kapitan kimi, öz komandamı qeyd etmək çətindi. Qrupda qarşılaşdığımız ən güclü rəqib Kosovo idi. Favorit onlardı.