İqor Tüdorla yolları ayıran “Latsio” çox keçmədən yeni baş məşqçisini tapıb.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya təmsilçisi Marko Baroniyə həvalə olunub. Klub yaxın günlərdə 60 yaşlı mütəxəssislə müqavilə bağladığını futbol ictimaiyyətinə açıqlayacaq.
Qeyd edək ki, təcrübəli çalışdırıcı müxtəlif illərdə “Verona”, “Leççe”, “Syena” kimi klublara başçılıq edib.