"Latsio"nun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Klub 68 yaşlı mütəxəssis Eduardo Reyanı bu posta təyin edib. Onunla mövsüm sonuna qədər müqavilə imzalanıb. Əgər Reya uğurlu nəticələrə imza atsa, onun müqaviləsinin müddəti artırıla bilər.
Xatırladaq ki, Reya artıq 2010-2012-ci illərdə "Latsio"nun baş məşqçisi olub.