Ölkə futbolu

Laurentsiu Regekampfdan qələbə şərhi

“Bizim üçün yaxşı oyun oldu. Əvvəldən sona qədər nəzarət bizim tərəfimizdə idi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Sumqayıt” üzərində qazanılan qələbəni (2:0) şərh edərkən deyib.

Rumıniyalı mütəxəssis sözlərinə bela davam edib:

“Şanslar zamanı daha konsentrasiyalı olmalı və ötürmələri daha tez etməliyik. Hesaba görə o qədər də emosiyalarım çox olmadı. Bu inamı mənə futbolçularım verib. Meydana çıxma formaları məndə inam yaratdı. Bu cür davam etməliyik. Artıq ikinci oyundur, eyni heyətlə çıxış edirdik. Bu, komanda üçün çox müsbət haldır. Belədə, bir-birlərini daha yaxşı tanıyırlar və oyunumuz yaxşılaşmağa doğru gedir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43