04 Dekabr 2024
Ölkə futbolu

Leandro Andradenin zədəsi ciddidi?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Turan Tovuz”la matçda zədələnən Leandro Andradenin durumu haqda danışıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis oyunçunun zədəsinin ciddi olmadığını bildirib. O, sadəcə risk etmək istəmədiyi üçün futbolçunu əvəzlədiyini söyləyib.

Qeyd edək ki, “Turan Tovuz” – “Qarabağ” oyunu 0:0 hesabı ilə yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43