“Neftçi”nin futbolçusu Xuan Alberto Melli karyerasını ölkəsində davam etdirə bilər.
İdmanxeber.com-un məlumatına görə, ispaniyalı futbolçu Kataloniya bölgəsinin ikinci liqasında mübarizə aparan “Ripoll” klubundan təklif alıb. Sequndaya yüksəlmək niyyəti olan komanda bir neçə təcrübəli futbolçunu heyətinə qatmağı planlaşdırır ki, onların da arasında Melli də var. Hazırda tərəflə arasında danışıqlar gedir.
Qeyd edək ki, Melli “Neftçi”yə “Simurq”dan transfer olunub.