21 yaşadək futbolçulardan ibarət millimi komandamızın baş məşqçisi Bernhard Lippertin Almaniya mətbuatına müsahibəsi
– Bu komada ilə işləmək alman mütəxəssis üçün necə bir işdi?
– Mən göstərişləri almanca da versəm, bu, problem deyil. Artıq altı ildi ki, tərcüməçi ilə işləyirəm. Bir-birimizi sözsüz başa düşürük. Məsələn, mən səsimi ucaldıramsa, uşaqlar nə demək istədiyimi artıq başa düşürlər. Bundan başqa, oyunçulardan ikisi Almaniyadandı.
– Budesliqa və ya Frankfurt “Ayntraxt”ı ilə müqayisədə Azərbaycan futbolunun səviyyəsi necədi?
– Azərbaycanın ən yaxşı klubları II Bundesliqa komandaları ilə bərabər mübarizə apara bilər. Qalanları isə güman ki, regional liqalar səviyyəsindədi. Ancaq bununla belə, məvacibləri çoxdu. Və yeri gəlmişkən, bu, problemlər yaradır.
– Hansı mənada?
– Azərbaycan komandaları çoxlu əcnəbiləri cəlb edir. Mahiyyətcə, onlar mənə xoş gəlir. Ancaq buna görə gənc oyunçuların inkişafı əziyyət çəkir.
– Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsla iş sahəsində əməkdaşlıq münasibətləriniz necədi?
– Dünən əsas yığmanın Dubayda başa vurduğu toplanışa beş futbolçunun gənclər yığmasından dəvət alması, bizim onunla əməkdaşlıq mexanizminin işləməsindən xəbər verir. Onunla demək olar ki, gündəlik əlaqələrim var.
– Bu qədər uzaq bir diyarda işləmə xoşunuza gəlir?
– Düzünü etiraf edim, mən Azərbaycana gələndə, başqa bir təsəvvürüm vardı. Bu ölkə çox sürətlə inkişaf edir. Bakı isə Qərbi Avropa paytaxtı kimidi. Futbolçu kimi, sizin burada, bu çoxsaylı mədəniyyətlərin qovuşduğu meqapolisdə həyat üçün gərəkli hər şeyiniz var.
– Bakıda daimi yaşayış yeriniz var?
– Əlbəttə. Mən gənclər yığmasının baş məşqçisi və idman direktoru olduğum üçün, həmişə buradayam. Vətəndə ildə altı həftə keçirirəm.
– Gələcəyə dair planlarınız var?
– Hazırda Bakıda özümü çox rahat hiss edirəm. Bu, mənim üçün normaldı. Axı burada artıq altı ildi ki, yaşayıram. Hələ bir il də müqaviləm var. Ancaq özünüz bilirsiniz ki, futbolda hər şey necə olur…