Kateqoriyasız

“Legiya” “Flora”ya qarşı: Mahir Emreli start heyətində

Milli komandamızın hücumçusu Mahir Emreli bu gün Çempionlar Liqasında növbəti oyuna çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı futbolçumuzun komandası “Legiya” (Polşa) yarışın 2-ci təsnifat mərhələsində Estoniya çempionu “Flora” ilə qarşılaşacaq və Mahirin adı start heyətinə salınıb.

Varşavada keçiriləcək oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43