Kateqoriyasız

“Legiya” kubok matçına çıxır – Mahir Emreli start heyətində

Millimizin üzvü Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” bu gün Polşa kubokunda 1/16 final mərhələsinin ilk oyununa çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə,  Varşava təmsilçisi səfərdə “Şvit Sklovin”lə qarşılaşacaq. Artıq matç üçün start heyətlər açıqlanıb və Mahir ilk “11”likdə meydana çıxacaq.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43