“Kimsə gələcəksə, demək ki, gedənlər də olacaq. Çünki komandamızda 30 futbolçunun olacağını təsəvvür edə bilmirəm. Heyətin geniş yox, keyfiyyətli olması daha məqsədəuyğundu”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Legiya”nın yeni idman direktoru Yaçek Zelinski deyib.
O, daha sonra millimizin forvardı Mahir Emrelinin komandadan gedib-getməyəcəyilə bağlı da fikirlərini bölüşüb:
“Əsas heyətin heç bir üzvü komandadan ayrılmayacaq. Hazırki durumda vəziyyət belədi”.