Polşanın “Legiya” klubunun baş məşqçisi Çeslav Mixneviç Konfrans Liqasının pley-off mərhələsində “Slaviya”ya (Çexiya) qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.
İdmanxeber.az-ın məlumatına görə, Mixneviç, azərbaycanlı hücumçu Mahir Emreli haqda da danışıb:
“Mahir “Bude-Qlimt”lə oyundan əvvəl də mətbuat konfransında iştirak etmişdi. O, bizim maskotumuzdur.
“Slaviya”ya qarşı oynaya bilər. O, bunun üçün hər şeyi edir. İlk oyunda qol vurdu, məşqlərdə də çox çalışır. Həqiqətən, daha yaxşı ola bilər”.
Bu gün keçiriləcək “Legiya” – “Slaviya” matçı saat 23:00-da start götürəcək. Komandalar arasındakı ilk matçda 2:2 hesablı heç-heçə qeydə alınıb.