31 Yanvar 2023
Kateqoriyasız

“Legiya”nın baş məşqçisi Mahirlə bağlı verilən sualı belə cavablandırdı

“Pekhart hələ optimal formada deyil. Onun düzgün hazırlaşmasını istəyirik. Həftə ərzində Pekhartla danışdım, qərarlarımı və gözləntilərimi izah etdim”.

İdmanxeber.az-ın məlumatına görə,bu sözləri Polşa “Legiya”sının baş məşqçisi Çeslav Mixneviç Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Zaqrebdə “Dinamo” ilə 1:1 hesablı heç-heçə etdikləri ilk oyundan sonra mətbuat konfransında deyib.

O, Mahir Emreli ilə bağlı verilən sualı belə cavablandırıb:

“Mahir Emreli və Rafael Lopes kimi gənc oyunçularımız var. Heyətdə dəyişikliklər edəcəyik. Bu gün (dünən-red) Emreli və Lopes 3-5-2 sistemində oynamağa daha çox uyğun idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Azərbaycanı Çempionlar Liqasında bu klub təmsil edəcək – AFF qərar verdi

admin

Futbolçularımızın nəzərinə: Daha bir erməni Bundesliqa klubunda

admin

“Qarabağ”ın hücumçusu ilə Mane eyni siyahıda

admin