Kateqoriyasız

“Legiya”nın baş məşqçisi Mahir Emrelinin problemindən danışdı

“Növbəti matçda Emreli və Pekqartın birlikdə oynamaq şansı var. Artıq hər ikisi ilə bu barədə danışmışam”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Polşanın “Legiya” klubunun baş məşqçisi Marek Qolebiyevski azərbaycanlı hücumçu Mahir Emreli haqda danışarkən deyib.

41 yaşlı mütəxəssis komandanın hücumçularının probleminin beyinlərində olduğunu bildirib:

“Emreli və Pekqartın problemi beyinlərindədir, çünki çox düşünürlər. Onlarla danışıram, suallar verirəm. Hücumçunun beyni həmişə təmiz olmalıdır. Nəyin bahasına olursa olsun, qol vurmalı olduğunu düşünməkdənsə, hər vəziyyətdən yararlanmağa çalışmalıdır. Ümid edirəm ki, bu dəyişəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43