Kateqoriyasız

“Legiya”nın baş məşqçisi Mahirin mümkün transferi haqda: “Gəlin, gözləyək”

“Legiya”nın baş məşqçisi Çeslav Mixneviç “Qarabağ”ın hücumçusu Mahir Emrelinin klubuna mümkün transferi ilə bağlı verilən sualı cavablandırıb.

İdmanxeber.az-ın məlumatına görə, o, bu barədə ona verilmiş suala belə cavab verib:

“Gəlin, gözləyək. Transferlərlə bağlı bilmirsən necə olacaq. Mən heç vaxt müqavilə bağlamayana qədər futbolçunun adını açıqlamıram. Hər şey ola bilər. Ümumən isə biz güclənmək istəyirik. O cümlədən hücum xəttində”.

Xatırladaq ki, Mahirin bu mövsümün sonu “Qarabağ”la müqaviləsi başa çatır. Futbolçunun agenti Tural Əsgərov  “Legiya” ilə danışıqlar apardıqlarını təsdiqləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43