Ölkə futbolu

“Legiya”nın kapitanı “Qarabağ”da

Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi Polşanın “Legiya” klubunun müdafiəçisi Yakub Rzejniçakı transfer edib. Bu barədə Varşava klubunun 30 yaşlı sabiq kapitanı öz “instagram” səhifəsində məlumat verib.

Qeyd edək ki, təcrübəli müdafiəçi 13 il idi ki, Varşava klubunun şərəfini qoruyurdu. O, Polşa milli komandasının heyətində də 8 qarşılaşmada meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43