Premyer Liqanın 33-cü turu çərçivəsində AZAL-la qolsuz bərabərliyə razılaşan “Rəvan” qarşıdakı turda iki aparıcı üzvünün xidmətindən məhrum olacaq.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, “aslanlar”ın hjeyətində əsas qapıçı Lukaş Sapela və “Neftçi” ilə yarımfinal matçının ilk görüşündə vurduğu qolla komandasına həyat verən Tyaqo zədəlidir. Hər iki futbolçunun qarşıdakı “Xəzər Lənkəran”la çətin səfərdə meydana çıxması gözlənilmir.
Bundan əlavə yüngül zədəsi olan Oke Akpoveta isə “Fırtınalar meydanı”nda Güvenç Kurtarın sərəncamında olacaq.