Bu gün Premyer Liqanın XIII turu çərçivəsində Lənkəranda keçiriləcək “Xəzər Lənkəran” – “Qəbələ” oyunu öncəsi Cənub bölgəsinə güclü yağış yağıb.
İdmanxeber.com-un məlumatına görə, günorta saatlarında yağış daha güclü olsa da, indi sözügedən bölgədə hava sakitdir. Əgər yağış bugün də belə güclü yağarsa, matçın keçirilməsi sual altına düşə bilər. Məsələ burasındadır ki, ot örtüyünün pis vəziyyətə düşməməsi üçün komanda oyun öncəsi son məşqini belə ehtiyat meydançada keçirib.
Hər halda klubdan əldə etdiyimiz məlumata görə, stadionun ot örtüyü hələ ki, yaxşı durumdadı. Oyunun başlama saatına kimi hər şey tam dəqiqləşəcək.