Müsahibə

Lənkəranda qazanılan zəfərin memarlarından biri “Qarabağ”a “ilişib”, “Fırtınalar meydanı”nda əldə olunan 3 xaldan danışdı – MÜSAHİBƏ

"Sumqayıt"ın futbolçusu Tərzin Cahangirovun idmanxeber.com saytına müsahibəsi.

– Gözlənilmədən "Xəzər Lənkəran"ı səfərdə məğlub etdiniz. Lənkəranda qazanılan qələbəni necə şərh edərdin?

Oyun cçox maraqlı alındı.Düzdü çoxları üçün sensasiya oldu qələbə qazanmağımız. Amma biz özümüzə və komandamıza inanırıq. Futbolda güclü – zəif yoxdu. Biz həqiqətən də Lənkəranda qələbə qazanmaq istəyirdik. "Qarabağ"dan gələn 3 xal bizi daha da ruhlandırmışdı. Bunun da nəticəsini Lənkəranda gördük.

– Matçda yeganə qol penaltidən oldu. Çoxları iddia edir ki, həmin epizodda qayda pozuntusu yox idi. Sənin ötürməndən sonra Orxan Əliyev adaşı Orxan Sadıqlı ilə təkbətək qaldı və bir penalti, bir qırmızı vərəqə… Həmin epizodu neə xatırlayırsan?

Mən o epizodu gözə bilmədim. Amma sonradan təkrarına baxdım, penalti var idi. Amma qırmızı kartı dəqiq deyə bilmərəm. Bizim üçün əsas 3 xal idi. Onu da əldə etdik və gələcək matçlarda da baxımlı oyun göstərib 3 xal qazanmaq istəyirik.

– Çoxları "Sumqayıt"ın 2 matçda 6 xal qazanmasını təsadüf hesab edir. "Qarabağ"a böyükhesabla uduzsanız da Ağdam klubunun bir səhvi sizə 3 xal qazndırdı. Lənkləranda isə 1 epizod və 3 xal… Halbuki XL azı 10 real qol imkanı oldu… 

Hər halda biz Lənkəranda oynayırdıq. Oradakı atmosferi bilir. Lənkəranda oynamaq çox çətindi və bir o qədər də futbol adına gözəldi. Düzdü, Lənkəran klubu bizdən çox üstün oldu, amma futbolda bu önəmli bir şey deyil. Burada əsas olan şey kimin sonda qələbə qaznmasıdı. Ona qalanda oyun epizodlarına baxsaq biz "Qarabağ"dan ilk turdakı matçda üstün oynadıq və qol imkanlarımız oldu. Ancaq qələbəni "Qarabağ" qazandı.

– 2 oyun və maksimum xal. Hansıkı güclü rəqiblərlə oyunda belə başlanğıc gözləyirdinizmi?

Türkiyədəki təlim-məşq toplantısını yüksək səviyyədə başa vurduq. Çempionata hazır idik və özümüzə inam da var idi. Bizim əziyyət çəkdiyimiz bir şey var, o da təcrübəsizliyimiz. Gənc komandayıq, bu da normaldı. İnşallah yavaş-yavaş düzələcək.

– "Xəzər Lənkəran" üzərində qazanılan qələbəyə veriləcək "premya" sizə çatıbmı?

Hələ yox. "İnter"lə matça kimi veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43