Ölkə futbolu

Lənkəranda son durum

Bu gün Premyer Liqanın 20-ci turunda "Xəzər Lənkəran" doğma meydanda "Neftçi"ni qonaq edəcək.

Öncədən xəbər verdiyimiz kimi qonaq komanda təhülkəsizlikdən narazı idi. Ancaq indicə idmanxeber.com-un Lənkərana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, oyuna 3 saat qala arenada təhlükəsizlik tam gücləndirilib. Belə ki, 500-dən çox polis və 200-dən çox əsgər stadionda təhlükəsizliyi təmin etmək üçün işlər aparır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43