“Xəzər Lənkəran”la səfərdə qolsuz heç-heçə edən “Qəbələ” Lənkərandan ciddi itki ilə qayıdır.
Əyalət klubu gənc futbolçusu Ürfan Abbaszadənin zədə xəbərinə sarsılıb.
Əldə etdiyimiz məlumata görə, futbolçunun zədəsi ciddidir. Onun azı 3 həftə yaşıl meydanlardan kənar qalacağı gözlənilir.
Bu zədə Abbaszadəni 21 yaşılılardan ibarət millinin toplanışına da getməməsinə səbəb olub.