“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Karles Bakes özünə yeni iş yeri tapıb.
İdmanxeber.com-un məlumatına görə, ispaniyalı mütəxəssis Qazaxıstanın U-17 yığmasında boş qalmış baş məşqçi postuna keçib.
Xatırladaq ki, Bakes 2012/13 mövsümündə “Xəzər Lənkəran”ın sükanı arxasında çalışıb. Ondan sonra isə İspaniyanın U-17 millisinə rəhbərlik edirdi.