27 Dekabr 2024
Ölkə futbolu

Lənkəranlı fanatın təəssüf dolu hissləri: “Polis məni vuranda…”

Dünən keçirilən "Neftçi" – "Xəzər Lənkəran" (4:1) matçı qalmaqalsız ötüşmədi.

Bildiyimiz kimi, yeni qərara görə bu iki komandalar arasında keçiriləcək oyuna qonaq komandanın azarkeşləri  buraxılmayacaqdı. Lakin, komandalarına dəstək olmaq üçün oyuna gələn bir qrup lənkəranlı fanatla "Neftçi" azarkeşləri arasında qarşıdurma yaşandı. İlk hissənin bitimində və oyunsonrası yaşanan gərginliyin şahidi olan "Xəzər Lənkəran"lı azarkeş Kərim Kərimov baş verənləri idmanxeber.com-a danışdı.

Fanatı dinləyək:

"Biz oyuna bilet tapa bilməyib, 70-ə yaxın azarkeşlə stadionun çölündən komandamızı dəstəkləyirdik. Birinci hissənin axırı idi. Getdim içki aldım. Qayıdanda gördüm, hər kəs qaçır. Mən hara qaçırsız soruşanda, polis gəlib məni vurdu. Polisin əlindən çıxıb, stadiona tərəf getdim. Başımı qaldıranda nə "Xəzər"li var idi, nə də ki, "Neftçi"li… Hamı qaçmışdı. 90 dəqiqə stadionun kənarında qalıb, oyunun bitməsini gözlədim. Heyif ki, polis məni vuranda bəziləri buna göz yumub, məni tək qoyub getdi".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43