Kateqoriyasız

Lənkəranlı və erməni “Yuventus” – “Qalatasaray” matçını şərh etdi

İtaliyanın “Yuventus” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçirilmiş Çempionlar Liqasının oyununu Rusiyanın “NTV-Plyus Sport” telekanalı vasitəsilə azərbaycanlı Elvin Kərimov erməni Nobel Arustamyanla birgə şərh edib.

Lent.az-ın məlumatına görə, Kərimov Lənkəranda, Arustamyan isə Bakıda doğulub.Telekanal rəhbərliyi onlardan şərhçi duetini heç də siyasi jest məqsədilə yaratmayıb. İş ondadır ki, Kərimov çoxdan “Qalatasaray”a azarkeşlik edir. Arustamyan isə “Yuventus”a üstünlük verməklə yanaşı, İtaliya A Seriyasının oyunlarını da “yorumlayır”.

Qeyd edək ki, Elvin Kərimov Rusiyanın Sıktıvkar Dövlət Universitetinin tələbəsidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43