“Lerik” komandasının Azərbaycan II Liqası 7-ci turu çərçivəsində keçirilməli olan “Şəfa” görüşünə çıxmayacağını xəbər vermişdik. Buna səbəb bölgə təmsilçisinin maliyyə problemi yaşamasıdır.
Məsələ ilə bağlı “Şəfa” klubunun rəsmisi Elvin Ələsgərovun mövqeyini öyrəndik:
“Lerik” rəhbərliyi iki gün öncə oyuna gəlməyəcəyini bildirdi. Buna səbəb maliyyə problemidir. Saat 15:00-da başlamalı matç baş tutmayacaq. Çünki rəqib komanda stadionda yoxdur. “Şəfa” isə tam tərkiblə buradadır”.
İdmanxeber.az